Telefona yalnız bir toxunuşla işığı söndürmək, suyu kəsmək, hətta qəhvə dəmləmək olur.
Bundan əlavə qazla işləyən buxarı, su, işıq, qaz və digər elektriklə işləyən qurğuların hamısı bir kabelsiz cihazda birləşib. Və bu sistem vasitəsi ilə bütün evə cəmi bir smartfonla nəzarət etmək mümkündür.
Milli.Az bildirir ki, bütün dünyada çox geniş yayılan "ağıllı" evlərə ölkəmizdə son zamanlar maraq artıb. İstənilən evə quraşdırılan bu cihazlar vasitəsi ilə bütün elektronikanı idarə etmək mümkündür. Bura mətbəx avadanlıqları, məişət əşyaları, qapı pəncərə və digər qurğular da aiddir.
"Ağıllı" ev sisteminin səs qəbuledicisi ancaq ingilis dilində əmrləri qəbul etsə də, hazırda proqramın dilinin Azərbaycan dilinə dəyişilməsi üzərində işlər görülür. İstənilən smartfona uyğun olan proqramı dünyanın hər yerindən idarə etmək mümkündür. Yəni evdə olmasanız belə işıq, su,qaz kimi komunal xidmətlərə nəzarət etmək olur.
Avropa ölkələrində "ağıllı" evlərin geniş yayılmasının səbəbi bu üsullun rahatlıqan əlavə qənaətcil olmasıdır. Son zamanlar Bakıda da bir çox evə bu sistem quraşdırılıb.
"Ağıllı" ev sistemlərini demək olar ki,bütün evlərə quraşdırmaq mümkündür.Qiymətlər isə evin ölçüsündən və proqrama qoşulan xidmətlərin sayından asılı olaraq dəyişir.
Sistemin evlərə qoşulması sadəcə kabelsiz "ağıllı" cihazlarla və proqramla aparıldığından quraşdırılma zamanı heçbir söküntü işləri aparılmır. Hazırda Bakıda yüzlərlə mənzil ağııllı ev sisteminə keçib. /xezerxeber.az
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub