Səbail rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları aşkarlanıb.
Mynews.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu barədə İcra Hakimiyyətində rayonun təsərrüfat xidmətləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və MKİS-lərin, qəsəbə və ərazi nümayəndəlikləri, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə bildirilib.
Məlumatda qeyd olunur ki, Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların bəzi dövlət qurumları nümayəndələri ilə əlbir olaraq saxta sənədlər əsasında torpaq satışına cəhd etməsi müəyyən olunub və hazırda araşdırmalar davam edir. Bununla bağlı RİH başçısı tərəfindən rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi ciddi surətdə tapşırılıb, işində nöqsanlara yol vermiş vəzifəlı şəxşlərə ciddi xəbərdarlıq olunub.
Müşavirədə həmçinin, ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və c. məsələlər müzakirə edilib.
RİH-nə bu qanunsuz əməllərin icraçıları və onların havadarlarının adları məlumdur və yaxın günlərdə məlumat ictimaiyyətə çatdırılacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub