Beverli-Hillsdə 21-ci dəfə “Hollywood Film Awards” mükafatlandırma mərasimi keçirilib.
Mynews.az xarici KİV-ə istinadla xəbər verir ki, Hollivud ulduzlarının mükafatlandırıldığı gecə məşhurların səhnədəki emosional davranışları ilə yadda qalıb.
Aktrisa Keyf Uinslet mükafatı almaq üçün ondan sonra səhnəyə gələn həmkarı Ellison Cennini dodağından öpərək təbrik edib. Aktrisaların bu davranışı izləyicilərin təəccübünə səbəb olub.
Tədbirdə “Ən yaxşı aktyor” adını “Stronger” filmindəki roluna görə Ceyk Cillenhol, “Ən yaxşı aktrisa” titulunu isə “Wonder Wheel” filmindəki obrazına görə Keyt Uinslet qazanıb. “Əcnəbi dildə ən yaxşı film” Ancelina Coli və Lun Unun çəkildiyi “First They Killed My Father” olub. “Ən yaxşı rejissor” Co Rayt (“Darkest Hour” filmi) seçilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub