Tacir Şahmalıoğlu Fədayə Laçının bacısı İlahə Fədanın onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.
Mynews.az Yenicag.az-a istinadla xəbər verir ki, ifaçı bu məsələdə onun adını hallandırmamağı tələb edib.
“Eşitdim, o qız ağzına gələni danışıb. Ayıb olsun. Məni bütün Azərbaycan tanıyır, sənətimi də hamı dəyərləndirir. Necə yəni, mən müəllim deyiləm?! Necə yəni, Fədayə ilə duet oxuyandan sonra tanınmışam?! Boş-boş söhbətləri ortaya atmasın. Fədayənin hirsini məndən çıxır, deyəsən. Mən neyləməliyəm? Gül kimi arvadım, uşaqlarım var, ailəli adamam. Arvad-uşağı atıb, Fədayənin dalınca düşməliyəm. Fədayənin öz səhvidir, özü günah işləyibsə, günahının da cəzasını özü çəksin, məni ortalığa atmasınlar. Elə hamı Fədayəni məndən soruşur”, - deyə o bildirib.
Xatırladaq ki, İlahə Fəda “APA TV”-nin “Show time” verilişinə telefon bağlantısı ilə qoşularaq T. Şahmalıoğlu barəsində “Tacir müəllim ola bilməz. Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Sən elə müəllimlik etmisən ki, Fədayə indi həbsdədir”, - sözlərini deyib.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub