Araşdırmaçı jurnalist, haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev İstanbulda məşhur kriminal avtoritet “Lotu Quli” ilə görüşüb.
Mynews.az virtualaz.org-a istinadə xəbər verir ki, bu görüş barədə Eynulla Fətullayev özünün Facebook səhifəsində məlumat və foto paylaşıb. Görüş “Lotu Quli”nin İstanbul ətrafındakı iqamətgahında baş tutub.
“Nəhayət Lotu Quli ilə görüşdük, dərdləşdik, keçmişi yada saldıq, gələcək haqda danışdıq”-E.Fətullayev Facebook-da yazıb.
Bu görüş barədə E.Fətullayevin özü ilə əlaqə saxladıq. O, bildirdi ki, “Lotu Quli” ilə şəxsi dostluq münasibətlərinin yaranması 2000-ci illərin ortalarına gedib çıxır. Həmin vaxtlar E.Fətullayev rəhbərlik etdiyi nəşrlərdə jurnalist kimi “Lotu Quli”nin məhkəmə prosesi, ona qarşı irəli sürülmüş ittihamlarla bağlı araşdırmalar dərc edirdi.
“Həbsdən çıxandan sonra Bakıda “Lotu Quli” ilə görüşmək imkanımız olmadı, bildiyiniz kimi o, həbsdən çıxan kimi Gürcüstana, oradan Türkiyəyə getdi. Nəticədə görüşümüz İstanbulda baş tutdu”-E.Fətullayev bildirib.
O, qeyd edib ki, hazırda “Lotu Quli”ni azadlığa çıxması münasibətilə köhnə dostları və tanışları ziyarət edir. Bunların arasında Türkiyənin yeraltı dünyasının məşhur liderlərindən hesab edilən Sedat Peker də var.
BAKU.WS
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub