Bu gün Şəki Apellyasiya Məhkəməsində müəllim vəzifəsindən çıxarılan Cavan Yunusovun məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə "Report"a C.Yunusovun özü məlumat verib.
Onun sözlərinə görə, məhkəmə Oğuz rayon Calud kənd orta məktəbinin direktoru Lətif Abbasovun apellyasiya şikayətini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib.
C.Yunusov bildirib ki, məhkəmənin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Qeyd edək ki, Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.
Calud kənd orta məktəbinin direktoru Lətif Abbasov qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllim C.Yunusovu haqlı çıxararaq qərarı qüvvədə saxlayıb. Daha sonra L.Abbasov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə qərarı ləğv edərək, işin yenidən Şəki Apellyasiya Məhkəməsində baxılması barədə qərar çıxarıb.
Qeyd edək ki, C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub