ARB TV-nin "Rezonans" verilişi 3-cü dəfə həbsə düşən Aqil Abbasovun həbsxana hekayələrini təqdim edir.
Aqil Abbasov (cəzası 2 il - ümumi 6 il): "3 uşağıq. Bura düşməyimə səbəb narkotik istifadəçisi olmam oldu. 3-cü dəfə həbs olunuram. Pis uşaqlara qoşulmuşdum. Səhv hərəkətlərim olub. Narkomanlıq elə şeydir ki, əl çəkmək olmur. Maqnit kimi özünə cəzb edir. Burada məcbur dözürsən, amma çöldə dözə bilmirsən. Bundan qurtulmaq istəyirsənsə, ətrafını dəyişməlisən. Nəşənin "kayf"ını görəndən sonra ata bilmədim. Mən nadir hallarda görmüşəm ki, kimsə bunu ata bilsin. Yetim uşağam, bir də belə yola düşməyəcəm.
Atam və anam rəhmətə getdi. Valideynlərim çox əziyyət çəkib. Atam son nəfəsində mənə zəng elədi ki, bu bəladan uzaq dur. Mənə çox pul tökdülər, yenə sağalmadım. Birinci dəfə tutulanda da anam rəhmətə getdi. Hər ikisi mənim dərdimdən öldü. Yetim qalandan sonra hər yola əl atdım. 8 ildir ailəliyəm və 1 uşağım var. Yanıma gəlib gedən tək onlardı. Çöldə pis vəziyyətdə idim. Küçələrdə səfil həyat sürürdüm. Polislər mənə dedi ki, gəl, bir-iki il içəridə yat, yoxsa öləcəksən. Heç kim yaxın durmurdu. Həbsxanada normal hala düşmüşəm. Amma ki azadlığın yerini heç nə verməz. Azadlığa çıxanda fəhlə işləyəcəm, bir də bura düşməyəcəm. Buradan çıxan kimi anamın və atamın qəbrini ziyarət edəcəm".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub