Mətbuat Şurasının (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
Şuradan verilən məlumata görə, iclasda çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Şuranın “qara siyahı”sına daxil edilmiş informasiya vasitələri yenidən xoşagəlməz fəaliyyətlərini davam etdirib.
Şura sədri deyib ki, bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir.
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının “qara siyahı”ya salınması nəzərdə tutulub. Bunlar “Obyektiv.org” saytı, “Korrupsiyaya yox” qəzeti, “Aztoday.az” saytı, “Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı, “Dünyapress.com” saytı, “Nia.az” saytı, “Reallıq.info” saytı, “Qanunxəbər” İnformasiya Agentliyi (“Qanunxeber.az” saytına) və “Xalqınsesi.com” saytıdır.
Müzakirələrin gedişində bildirilib ki, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyətini gücləndirməsi vacibdir. Qeyd olunub ki, xüsusən də qurumun tərkibində hüquq-mühafizə orqanlarının təmsilçilərinin olmaları mövcud sahədə daha intensiv işin aparılmasına kömək göstərəcək.
Müzakirələrdən sonra adları çəkilən KİV-lərin adlarının MŞ-nin “qara siyahı”sına daxil edilməsinə dair rəy çıxarılıb.
Bu istiqamətdə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən veriləcək.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub