Bakıda 5 yaşlı qızın ürəyinə iynə batıb.
Mynews.az Medicina.az-a istinadən xəbər verir ki, hadisə uşaq öz dostları ilə oynayarkən baş verib. Belə ki, uşaqlardan birinin əlindəki şprits qızın ürək nahiyəsinə batıb. Şpritsin plastmas tərəfi qırılıb və iynə körpənin daxilinə doğru nüfuz etməyə başlayıb.
Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən uşağı cərrah Gündüz Ağayev müayinə edib. 5 yaşlı qızın ürəyində sağ mədəciyin divarında ürəklə birgə pulsasiya edən iynə aşkar olunub və ürəyin yad cismi diaqnozu qoyulub.
G. Ağayevin sözlərinə görə, əməliyyatdan öncə müəyyən edilib ki, iynə ürəyi 2 mm zədələyib və artıq qanama başlayıb.
Əməliyyat zamanı iynə ucundan sıxılaraq, miokarddan çıxarılıb. Ürəyə və yaraya tikişlər qoyulub. Xəstə 5 gün sonra evə yazılıb.
Həkimin dediyinə görə, xəstə 1 saat da əməliyyata gec alınsaydı, həyatını itirə bilərdi.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub