ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-də geniş tədbir keçirilib.
Mynews.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Oxu.Az-a verilən məlumata görə, diplomatik nümayəndəlik Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib.
Tədbiri giriş nitqilə açan Monterey şəhərinin meri Klayd Roberson (Clyde Roberson) qonaqları salamlayaraq, Montereyin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ ilə Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ölkəsi üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. Monterey ilə Lənkəran arasında “qardaşlaşmış şəhərlər” münasibətləri barədə danışan mer qarşıdakı illərdə bu münasibətlərin daha da sıxlaşacağına ümid etdiyini diqqətə çatdırıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin müstəqillik tarixi haqqında ətraflı danışaraq, üçrəngli bayrağımızın 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini, 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildiyini və 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdığını qeyd edib. Baş konsul müstəqil və müasir Azərbaycanın bütün sahələrdə inkişaf edərək, bu gün regionda və beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini vurğulayıb.
Monterey Şəhər Şurasının sabiq üzvü, Lənkəran-Monterey münasibətlərinin yaradılmasında önəmli rol oynamış Nensi Selfric (Nancy Selfridge) Lənkəran-Monterey əlaqələrinin tarixindən söz açaraq, Montereyin Azərbaycan ilə münasibətlərinin daha da möhkəmlənməsi sahəsində bundan sonra da səylər göstərəcəyini bildirib.
Daha sonra Monterey merinin imzaladığı, Azərbaycan Dövlət Bayrağı Günü və Monterey-Lənkəran münasibətləri haqqında bəyannamə mer K.Roberson tərəfindən baş konsul N.Ağayevə təqdim olunub.
Yerli Azərbaycan icmasının üzvü Eldar Xudiyevin skripkada ifa etdiyi “Sarı Gəlin” və “Bayatılar” mahnıları tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Xatırladaq ki, Monterey şəhəri 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub