Bu gün Şəkidə maraqlı toy keçirilib. Toy günü 9 noyabr - dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıblar. Bu hadisə sakinlərin də marağına səbəb olub.
Mynews.az bildirir ki, görüntülər Şəkinin Kiş kəndindəndir. Ruslan Məhərrəmov və Rəvanə Məhərrəmova cütlüyünün toy mərasimi bu günə, yəni 9 noyabr Dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıb.
Yenicə ailə quran gənclərin arzusu tezliklə Qarabağın işğaldan azad edilməsi və bayrağımızın ölkəmizin hər yerində dalğalanması oldu.
Kənd sakinləri də gənclərin bu şad günlərində onlara ən xoş arzularını çatdırdılar.
Sakinlərin dediklərinə görə, kənddə ilk dəfədir belə toy mərasimi keçirilib. /xezerxeber.az
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub