Həm torpaq, həmdə dəniz çirklənir. Bura Paytaxtın Hövsan qəsəbəsidir. Boş əraziyə boru vasitəsi ilə çirkli sular axıdılır.
Elə həmin borudan bura minlərlə plastik su qabları da tökülür. Çəkiliş zamanı da kanalizasiya sularının bura töküldüyünün şahidi olduq. Yaranan üfunət qoxusu isə ətrafa yayılır.
Ən dəhşətlisi isə odur ki, çirkli su və tullantılar kanal vasitəsi ilə birbaşa təmizlənmədən Xəzər dənizinə axıdılır.
Mynews.az bildirir ki, çirkab suyun hansı mənbədən axıdıldığını müəyyənləşdirmək mümkün olmadı.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev bildirdi ki, görüntülərə baxıldıqdan sonra əraziyə nazirliyin əməkdaşları tərəfindən baxış keçiriləcək. Suyun hansı mənbədən axıdıldığı müəyyən edildikdən sonra sərt cəza tədbirləri görüləcək. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub