Ağstafada 9-cu sinif şagirdinin xüsusi istedadı görənlərin marağına səbəb olur. Mynews.az bildirir ki, rayonun Qarahəsənli kənd orta məktəbində oxuyan Gülçin Muradova yazını əks istiqamətdə sürətlə oxuyur. Onun bu bacarığı yazıda və danışıqda da özünü göstərir.
Bunun üçün xüsusi əmək sərf etmədiyini deyən məktəbli bu istedadın onda təxminən 2 il əvvəl formalaşdığını hiss edib.
Həmin vaxtdan sonra isə kitabları tərsinə oxumağa cəhd edib və buna da nail olub.
Gülçin Muradova sözləri əksinə deməklə yanaşı, danışa da bilir. Hətta şeir deyir və mahnı da oxuya bilir.
Gülçin Muradova başqa dillərdə bu bacarıgını göstərə biləcəyini deyir.
Gülçin Muradova dərslərini də yaxşı oxuyur. Ən çox sevdiyi və yaxşı oxuduğu fənn riyaziyyatdır. Gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır. /xezerxeber.az
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub