Ağstafada 9-cu sinif şagirdinin xüsusi istedadı görənlərin marağına səbəb olur.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, rayonun Qarahəsənli kənd orta məktəbində oxuyan Gülçin Muradova yazını əks istiqamətdə sürətlə oxuyur. Onun bu bacarığı yazıda və danışıqda da özünü göstərir.
Bunun üçün xüsusi əmək sərf etmədiyini deyən məktəbli bu istedadın onda təxminən 2 il əvvəl formalaşdığını hiss edib.
Həmin vaxtdan sonra isə kitabları tərsinə oxumağa cəhd edib və buna da nail olub.
Gülçin Muradova sözləri əksinə deməklə yanaşı, danışa da bilir. Hətta şeir deyir və mahnı da oxuya bilir.
Gülçin Muradova başqa dillərdə bu bacarıgını göstərə biləcəyini deyir.
Gülçin Muradova dərslərini də yaxşı oxuyur. Ən çox sevdiyi və yaxşı oxuduğu fənn riyaziyyatdır. Gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır. (xezerxeber.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub