Arvadını başqa kişi ilə yataq otağında tutdu - Salyanda qətl
![](https://img.mynews.az/news/2017/11/photo_30886.jpg)
Şirvan Apellyasiya Məhkəməsində Salyanda həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.
Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Quliyev Məmmədağa Rahib oğlunun apellyasiya şikayəti qismən təmin edilib.
Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək həbs müddəti 1 il azaldılıb. Onun qardaşı Quliyev Zaur Rahib oğlunun isə apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında 1983-cü il təvəllüdlü Quliyev Məmmədağa Rahib oğlu həyat yoldaşı, Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Gülşən Feyziyevanı qısqanclıq zəminində boğaraq öldürüb.
İlk əvvəl Gülşən Feyziyevanın xəstəlikdən (qıcolmadan) vəfat etdiyi bildirilsə də, sonradan Salyan Rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində onun həyat yoldaşı Məmmədağa Quliyev tərəfindən qətlə yetirildiyi məlum olub. 26 yaşlı qadının meyiti eksqumasiya edilib və ekspertizadan keçirilib. Ekspertiza nəticəsində məlum olub ki, qadın əllə boğularaq qətlə yetirilib.
İş üzrə təqsirləndirilən digər şəxs - M.Quliyevin qardaşı Zaur Quliyevin həmin ilin oktyabrın 4-də mərhum Gülşən Feyziyeva ilə bir otaqda tutduğu Salyan sakini, 1994-cü il təvəllüdlü Nurlan Nuralı oğlu Xankişiyevi bıçaqladığı qeyd olunur. Qardaşının çağırışı ilə həmin gün Bakıdan evə dönən M.Quliyevin həyat yoldaşını boğaraq qətlə yetirməsinə məhz bu olay səbəb olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Quliyev Məmmədağa Rahib oğlu 16 il, qardaşı Quliyev Zaur Rahib oğlu isə 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. ///Apa
Cəmiyyət
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da...
- Ramil Səfərovun xanımı deputatlığa namizəd olur
- Xalq artisti oğlunu əsgərliyə yola saldı - Təzə evlənmişdi... - FOTO
- Azərbaycanda qadınların pensiya yaşı ARTIRILDI
- Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA
- Sabahdan Aİ 95 ucuzlaşır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq" 1012 dəfə oxunub
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da... 1007 dəfə oxunub
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR 1006 dəfə oxunub
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq 978 dəfə oxunub
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər? 972 dəfə oxunub