Bakıda şok əməliyyat: 1 yaşlı Yusifi qıza çevirdilər - 12+FOTO
Son illərdə Azərbaycanda həyata keçirilmiş maraqlı əməliyyatlarla bağlı silsilə yazılarımız davam edir. Eşidənlərin təəccübünə səbəb olan əməliyyatlardan biri də Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş tutub.
Mynews.az-ın medicina.az-a istinadən verdiyi məlumata görə, 2 il əvvəl Məmmədovlar (şərti – red.) ailəsində doğulan uşağın oğlan və ya qız olduğunu doğum evində təyin edə bilməyiblər. Oğlana məxsus cinsiyyət orqanına oxşayan orqana sahib körpənin əvvəlcə kişi cinsinə məxsus olduğu düşünülüb. Lakin daxili orqanlarının qadına məxsus olduğu müəyyən edildikdən sonra, uşaq uzun müddət hormonal müalicə alıb. Ailə körpəni oğlan uşağı kimi təqdim edib, hətta adını da Yusif qoyub.
Lakin 1 yaşına çatanda yenidən müayinə olunan Yusifin daxili orqanlarının tamamilə qadına məxsus olduğu bildirilib, bu səbəbdən əməliyyatla qadın edilməsinə qərar verilib.
Beləliklə, Yusif Elmi-Tədqiqat Pediatriya institutunda əməliyyata alınıb. Uşaq cərrahı Gündüz Ağayevin keçirdiyi əməliyyat uğurla başa çatıb və körpə həqiqi cinsiyyət orqanına qovuşub.
Həkimin sözlərinə görə, doğulanda körpədə uşaqlıq yolu bağlı olub, hormonal pozğunluq nəticəsində klitor çox böyüdüyündən cinsi orqan kişi cinsiyyət üzvünə bənzəyib.
"Amma uşaq əməliyyatdan öncə endokrinoloqun da müalicəsini alıb. Çünki hormonal balans qaydaya salınmalıdır. Bu körpədə uşaqlıq, yumurtalıqlar, xarici cinsiyyət üzvü də qadına məxsus idi. Sadəcə hormonal pozğunluq var idi. Xaricən də əməliyyat edib qüsuru düzəltdik, uşaqlıq yolu açıldı”, - deyə cərrah bildirib.
G. Ağayev vurğulayıb ki, belə patologiya ilə doğulmuş uşaqlarda 1 yaşına kimi əməliyyat vacibdir: "Çünki uşaq böyüdükcə, olduğu vəziyyətə öyrəşir, oğlan kimi böyüdülürsə, onu birdən-birə qız olduğuna alışdırmaq psixoloji baxımdan çətin olur. Əgər 13-17 yaşında belə əməliyyat olarsa, uşaq dözməyib özünə qəsd də edə bilər”.
Əməliyyatdan sonra valideynlər "oğlanlarının” qız olmasına heyfslənməyiblər, əksinə seviniblər və uşağın adını dəyişib Mələk ediblər.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 949 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 79 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 78 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 76 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 74 dəfə oxunub