Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsindəki yolda aparılan işlərlə əlaqədar olaraq, həmin ərazidə dəhşətli tıxac yaranıb.
Mynews.az axar.az-a isitnadən xəbər verir ki, bu barədə məlumatı hüquqşunas Fərhad Mehdiyev qeyd edib. Yolun uzun müddətdir bu vəziyyətdə olduğunu söyləyən hüquqşunas, görülən işlərin yolun yarısını zəbt etdiyini və nadir hallarda orada kimlərinsə işlədiyini deyib. Məsələ ilə bağlı danışan Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin ərazidə “Azərsu” tərəfindən yağış sularının axıdılması üçün yağış kollektorları və xətləri tikilir. O qeyd edib ki, “Azərsu” işləri tamamladıqdan dərhal sonra yol təmir ediləcək. Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə işlərin 7-10 gün ərzində başa çatacağını deyib: “Azərsu” Bakı şəhərində yağış sularının axıdılması üçün kollektorlar və xətlər tikir. Nəzərdə tutulan ərazilərdən biri də Dadaş Bünyadzadə küçəsində yerləşir. Həmin ərazi əvvəllər gölməçə olurdu deyə, insanların gediş-gəlişində problem yaranırdı. Hətta avtobus və maşınların içinə də su dolurdu. Amma indi bu problem aradan qalxacaq. 13 lahiyənin artıq 11-i başa çatıb, 2-si də bu ay başa çatacaq”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub