Bu gün 2016-cı ilin aprel döyüşləri zamanı cəbhənin Goranboy istiqamətində Talış yüksəklikləri uğrunda döyüşlərdə ağır yaralandıqdan sonra şəhid olan tank komandiri gizir Rahim Tağıyevin doğum günüdür.
Şəhidin xanımı Vüsalə Tağıyeva Modern.az-a açıqlamasında bildirib ki, Rahim yaşasaydı bu gün 38 yaşını qeyd edəcəkdi. Onun sözlərinə görə, ötən il olduğu kimi bu il də Rahimin hərbçi dostları onları tək qoymayıblar:
“Hərbçi dostları bu gün bizi tək qoymadılar. Onlar Şəhidlər Xiyabanını ziyarət edib, sonra da uşaqları hədiyyələrlə sevindirdilər. Çox sağ olsunlar. Bu gün uşaqların oxuduğu Mingəçevir şəhər 13 saylı məktəbdə də Rahimin doğum gününü qeyd etdilər. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı və ARB24 kanalının texniki dəstəyi ilə çəkilmiş “Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev zirvəsi” adlı qısametrajlı sənədli filmi də məktəbdə hər kəsə təqdim etdilər. Bir neçə gün öncə də həmin film
Mingəçevir Dram Teatrında şəhər ictimaiyyətinə təqdim edilmişdi. Şəhidimizə verdikləri bu qiymətə görə, bizi tək qoymadığı üçün hər kəsə təşəkkür edirəm”.
“Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev zirvəsi” adlı qısametrajlı sənədli filmi oxucularına təqdim edirik.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub