2017-ci ildə ailə həyatı qurmağa hazırlaşan 116 min 435 nəfər gəncin nikahdan əvvəl tibbi müayinəsi aparılıb. Onların 13 min 464-nün talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Milli.Az bildirir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun talassemiya-profilaktika şöbəsinin müdiri Aysel Mikayılzadə deyib.
Ümumilikdə isə bu günə qədər 344729 cütlük müayinədən keçib. Talassemiya aşkarlanan 10 cütlük isə nikaha girməkdən imtina edib.
İnstitutdan onu da bildiriblər ki, müayinələr nəticəsində virus aşkar edildiyi təqdirdə cütlüklərlə söhbət aparılır və gələcəkdə onların övladlarının da həmin xəstəlikdən əziyyət çəkə biləcəyi barədə xəbərdarlıq edilir. Bundan sonra isə seçim etmək və qərar qəbul etmək gənclərin öz üzərinə düşür. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub