Sanki əllərində və qollarında sümük yoxdur. Gah barmaqlarını əlinin üzərinə gətirir, gah da barmaqları üzərində rəks edir.
Mynews.az bildirir ki, Gülər Zakirova Qəbələ rayonunun Zarağan kəndində yaşayır. 1 saylı tam orta məktəbin 2-ci sinfində oxuyan 7 yaşlı bu qız bəzən saatlarla bu cür hərəkətlər edir. Deyir ki, məqsədi rəqqas olmaqdır.
Onun bu cür hərəkətlər etməsi yaxınlarının da təəccübünə səbəb olur.Gülərin anası deyir ki,onda bu istedat kiçik yaşlarından biruzə verib.Bəzən elə olur ki, o, gün ərzində saatlarla barmaqlarını və qolunu heç kimin bacarmadığı şəkildə müxtəlif istiqamətə döndərə bilir.
Həkimlər isə bildirir ki,bu hal insanlarda geniş yayılmasa da tibbdə buna hipermobil sindromu deyilir.Uşaqların tez-tez belə hərəkətlər etməsi isə sonradan sağlamlığında problemlər yarada bilər.
Həkim Ayaz Hümbətov həmçinin bildirdi ki, bu sindiromun müalicəsi olmasa da tövsiyə olunur ki,uşaq bu vərdişdən uzaq dursun. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub