Metro stansiyalarında dəmir yoluna əşya atanlar 30 manat cərimələnəcək.
Mynews.az xəbər verir ki, metro stansiyalarının dəmir yoluna hər hansı bir əşya atanları cərimə gözləyir. Sürahinin üstünə əşya qoyanlar da cərimələnəcək.
Platformlarda və əksər metro keçidlərində isə zibilqablarına rast gəlinmir. Sərnişinlər deyirlər ki, platformalarda zibilqabı olmadığı üçün tullantıları bir neçə stansiya əldə, yaxud da cibdə gəzdirməli olurlar.
Sakinlər metro stansiyalarında zibilqabı qoyulmasının vacib olduğunu bildirirlər.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, bir çox ölkələrin metro stansiyalarında təhlükəsizlik səbəbindən zibilqabı qoyulmur. Çünki zibilqabına atılmış tullantının yanma ehtimalı var. Azərbaycanda da bu səbəbdən stansiyalarda zibilqabının qoyulması məqsədəuyğun hesab olunmayıb. Bununla belə metronu zibilləməyə görə cərimələr nəzərdə tutulub. Belə ki, eskalatorda sürahinin üstünə əşya qoyanlar 15, dəmir yoluna hər hansı əşya atanlar isə 30 manat miqdarında cərimə olunurlar.
Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub