Hər həftənin şənbə-bazar günləri təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkasından sonra dəhşətli mənzərə yaranır - meyvə-tərəvəz qalıqları, zibil tullantıları küçə boyu səpilir.
Mynews.az yerli KİV-ə istinadən məlumatına görə, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi (“Əhmədli” metrostansiyası, “Bakı” kinoteatrının yanı) meyvə qalıqlarından keçilməz olur.
“Küçə boyu səpələnmiş tullantıları toplayıb daşımaq əvəzinə binaların həyətinə, ağacların dibinə atırlar. Üfunətdən nəfəs almaq mümkün deyil”, - sakinlər şikayətlərində bildiriblər.
Onların sözlərinə görə, antisanitariya səbəbindən binaların blokları siçovul yuvasına çevrilib.
“Yarmarkada diri toyuq-cücə satılır, onları elə küçədəcə kəsirlər, içalatını torbaya yığıb ağacın dibinə atırlar. Eləcə də, balığı piştaxtanın üstündə təmizləyirlər, içalatını köhnə vannalara yığırlar”, - yaxılıqdakı binanın sakini Allahverdi Musayev söyləyib.
Şikayətçilər deyir ki, yarmarka açılandan ərazi sahibsiz heyvanların məskəni olub.
“Küçədəki bu vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə şikayət etmişik. Hələlik heç bir tədbir görülmür”.
Başqa bir sakin isə bildirir ki, yarmarkanın fəaliyyət göstərdiyi günlər binaların qarşısı keçilməz olur. Həm satıcılar, həm də alıcılar maşınlarını həyətlərdə saxlayırlar. Bəziləri isə elə binanın həyətində piştaxta qoyub meyvə satır. Dəfələrlə narazılıq yaransa da, bu vəziyyətin qarşısını almaq mümkün olmur.
“Yağış yağandan sonra vəziyyət daha dözülməz olur, tullantılar palçığa qarışır”, - sakinlər əlavə ediblər.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub