Azərbaycan vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat daxil olub.
DTX-nin İctimai əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək, çəkisi külli miqdar təşkil edən 3 kiloqram 12,23 qram heroin və külli miqdarda metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanıb.
Babək Eyvazov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilib.
Minayə Eyvazova Babək Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılıb.
Hazırda araşdırmalar davam edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub