“Azərbaycanda ağır atletika, güləş və boks idman növləri dopinq üçün risk qrupuna daxildir. Bu idman növləri daha çox diqqət mərkəzində olacaq”.
Mynews.az xəbər verir ki, bunu Azərbaycan Milli Dopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Huseynli jurnalistlərə açıqlamasında bildirib.
Şəfəq Hüseynli yeni yaradılmış agentliyin əsas istiqamətlərini açıqlayıb:
“Əsas fəaliyyətimiz dopinq testlər keçirmək, idmançılarımız üçün bərabər şərait yaratmaqdır. Missiyamız idman tədbirlərində şəffaflığı təmin etməkdir”.
Onun sözlərinə görə, bu il agentlik tərəfindən 435 test keçiriləcək:
“Ölkəmizdə dopinq testləri yoxlamaq üçün laboratoriya olmadığından nümunələri Almaniyanın Köln şəhərindəki laboratoriyaya göndərməyi planlaşdırırıq”.
Ş.Hüseynli bildirib ki, hazırda AMADA-da 18 nəfər əməkdaş çalışır:
“Bu sahədə kifayət qədər təcrübəmiz var. Özüm iki ildir bu sahədə çalışıram”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub