Bakının bəzi yollarında xüsusilə axşam və səhər saatlarında böyük sıxlıq yaşanır. Bunun qarşısını almaq üçün bir sıra layihələr həyata keçiriləcək. Bəzi prospektlərin genişləndirilməsi gözlənilir. Onlardan biri də Babək prospektidir.
Mynews.az “XəzərXəbər”-ə istinadla məlumat verir ki, paytaxtda tıxacların qarşısını almaq üçün önəmli layihələr həyata keçiriləcək. İlk növbədə bəzi prospektlərdə genişləndirmə işləri aparılacaq.
Layihə çərçivəsində Heydər Əliyev prospektindəki stadionun yanından Babək prospektinə 4 hərəkət zolaqlı çıxış veriləcək. Bununla da Heydər Əliyev prospekti ilə Babək prospekti arasında geniş əlaqə yaranacaq.
Bakı yolları ilə bağlı 2018-ci il planında Nobel prospektinin də təmir edilməsi məsələləri öz əksini tapıb. Bütün bu işlər həllini tapandan sonra paytaxtın tıxac yükü çox olan prospektlərində vəziyyət stabilləşəcək.
Qeyd edək ki, daha əvvəl Heydər məscidi, "3-cü mikrorayon" dairəsi, metronun "20 yanvar" stansiyasının ətrafında olan yol qovşaqları ilə bağlı da Nazirlər Kabinetinə təkliflər göndərilib. Xüsusilə "20 yanvar" dairəsi və Bakı-Sumqayıt yolundakı tıxacı azaltmaq üçün metrobus xəttinin çəkilməsi planlaşdırılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub