Yaxın günlərdə Azərbaycanda qəbirüstü abidələrin eyni formada olması ilə bağlı qərar və ya qanun qəbul ediləcək. Bunu "XəzərXəbər”ə eksklüziv açıqlamasında Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, artıq bununla bağlı aidiyyəti qurumların rəyi alınaraq qanun layihəsi hazırlanıb.
Naxçıvan Muxtar Respublikasında qəbirüstü işlərin təsviri ilə bağlı məsələyə baxılaraq müvafiq qərar qəbul olunub. Bununla bağlı Muxtar Respbulikanın Nazirlər Kabineti yeni qaydaları təsdiq edib və forma da müəyyənləşib.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki,eyni qaydada Azərbaycanda nümunəvi qəbristanlıqların yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb, bütün aidiyyəti strukturlar rəylərini də veriblər.
Siyavuş Novruzov deyir ki, yeni qayda qəbul olunduqdan sonra,bütün qəbrlərin öz nömrəsi olacaq ki,yaxınları onu rahatlıqa tapa bilsinlər. Bununla yanaşı, qaydada qəbristanlığa qulluq məsələsi də nəzərdə tutulub.
Komitə sədrinin sözlərinə görə, tətbiq edilməsi nəzərdə tutulan bu qaydanın qanun və ya yaxud da ki qərar şəkilində qəbul edilməsi məsələsinə yaxın günlərdə aydınlıq gələcək.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub