Moskva şəhərinin Basman məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb.
T.İsmayılovun vəkili Marina Rusakova bildirib ki, T. İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir.
Məlumata görə, məhkəmə bu qərarı oktyabrın 30-da çıxarıb. Qərarla əlaqədar apellyasiya məhkəməsinə müraciət edilib. Apellyasiya şikayətinə noyabrın 15-də baxılacaq.
Bildirilir ki, T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində təqsirləndirilir. Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, ötən ilin yazında baş verən qətl hadisələri ilə bağlı Telman İsmayılova məxsus 12 ünvanda yoxlamalar həyata keçirilib, onun qardaşı Rafiq İsmayılov həbs edilib.
: APA
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub