Bir neçə gündür ki, Bakıda dana və quzu ətinin qiymətinin ucuzlaşdığı bildirilir. Belə ki, 11-12 manata təklif edilən dana ətinin qiymətinin 10 manat, 13 manata təklif edilən quzu ətinin qiymətinin isə 11 manatda qərarlaşdığı qeyd olunur.
Mynews.azxəbər verir ki, qafqazinfo ucuzlaşma xəbəri ilə bağlı şəhərin bir neçə ət kəsimi məntəqəsində və bazarlarda olub. Satıcılar ucuzlaşma haqda məlumatların doğru olmadığını bildiriblər. Onların sözlərinə görə, regionlarda quzu ətinin qiyməti aşağı düşmədiyi halda, ətin ucuzlaşmasından söz gedə bilməz.
Odur ki, hazırda ət kəsimi məntəqələrində və bazarlarda mal ətinin qiyməti 11 manata, quzu əti isə 12 manata təklif olunur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub