“Bakı Metropoliteni”nin fəaliyyətinin 50 illiyi ilə bağlı videoçarx hazırlanıb.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
“Həyatınız bizim üçün dəyərlidir” adlı videoçarxda metronun fəaliyyətə başladığı tarix və bu vaxta qədər sərnişinlərin təhlükəsizliyi üçün görülmüş tədbirlərdən bəhs edilir.
N.Paşayev bildirib ki, videoçarxda həmçinin sərnişinlərin metrodan istifadə qaydaları da təqdim edilib:
“Bu qaydalarda həm metropoliten işçiləri, həm də sərnişinlər üçün tələblər öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, bu qaydalara əməl etməmək insan həyatı üçün təhlükə yarada bilər. Ona görə də həmin qaydaları bilmək vacibdir. Videoçarxda da həmin qaydalar izah edilir”.
Sosial çarxda qatar yoluna düşən şəxsin özünü qorumaq üçün nələri etməli olduğu da izah olunur.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub