“Əlimizdən gələni edirik ki, bu tendensiya dəyişsin”.
Azərbaycanda uşaqların 6 yaşdan gec məktəbə daxil olması kimi problem mövcuddur. Normalda uşaqların məktəbə daxil olmaq yaşı 6 yaşdan hesab olunur. Ancaq bəzi hallarda bizdə 7, 8, hətta 9 yaşında belə uşaqların məktəbə müraciət etməsi kimi hallar mövcudur.
Ümumilikdə bu kifayət qədər problemli bir məqamdır. Bizim təhlillərimizə görə, məktəbə daha gec başlayan uşaqların akademik göstəriciləri daha zəif olur.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, problem mövcuddur, ancaq bununla belə son illərdə 6 yaşdan daha gec məktəbə daxilolma halları azalır:
“Bununla bağlı olaraq, nazirlik maarifləndirmə işləri aparır. Digər adiyyatı dövlət qurumları ilə birgə sıx əlaqədəyik. Əlimizdən gələni edirik ki, bu tendensiya dəyişsin.
Yaxşı xəbər isə ondan ibarətdir ki, illər üzrə dinamika yaxşılaşmanı göstərir. Qeyd etdiyim kimi, bizim bu gün də bu problemimiz mövcuddur.
Ancaq son 10 ildə bu tendensiyanı götürsək, 6 yaşdan daha gec yaşda uşaqların məktəbə daxil olmasında azalma müşahidə edilir”.
Qeyd edək ki, son iki ildə 30 mindən çox uşağın məktəbə 6 yaşdan gec daxil olması barədə statistik məlumat açıqlanıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub