Birini müəllimə, digərini isə dayə kimi işə düzəltmək adı ilə aldadıblar.
Bakıda Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən ”Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadıb, pullarını mənimsəyib. Zərərçəkmişlərin sözlərinə görə, təxminən 5-6 aydır ki, özünü bağçanın müdri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva pullarını alıb ki, ”Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onları işə qəbul edəcək.
Tərlan Bağırova və Aləmzar Əliyeva müəllimə və dayə kimi pul alıb işə düzəldəcəyi qadınlara iki gündən sonra bağçanın açlışına gəlmək üçün səliqəli geyinmələrini də deyiblər. Təxminən 75 qadın da deyilən vaxt həmin bağçanın qarşısında olub. Amma onlar müəyyən ediblər ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb. Bundan sonra aldadıldıqlarını biliblər.
Dələduzluğa məruz qalan vətəndaşların sözlərinə görə, Tərlan Bağırova və Aləmzar Əliyeva bu şəkildə 75 şəxsə külli miqdarda ziyan vurublar. Məsələ ilə bağlı ”Safay” uşaq bağçasının rəhbəri kimi özünü təqdim edən Tərlan Bağırova ilə əlaqə saxladıq. Adı çəkilən şəxs telefonda bildirdi ki, həmin şəxslərdən pulu o almayıb.
Bağçanın qarşısına toplaşan zərərçəkmişlər ”102” xidmətinə də məlumat verdilər. Əraziyə gələn polis onların izahatlarının alınması üçün rayon polis idarəsinə dəvət etdi.
Fakt Yasamal rayon polis idarəsində araşdırılır.(Xezerxeber.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub