Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabrda inzibati rəhbər vəzifələr olan AA, AB və AC, 17 dekabrda isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək.
Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə DİM-in icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair mətbuat konfransında bildirib.
O deyib ki, test imtahanlarına qeydiyyat 7 noyabrda başlanıb: “Qeydiyyat AA, AB və AC vəzifə qrupları üzrə 17 noyabrda, BA və BB vəzifə qrupları üzrə isə 6 dekabrda başa çatacaq. Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları hazırlanıb və Mərkəzin internet portalında yerləşdirilib”.
V. Misirov qeyd edib ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 504 vakant vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 113 vakant vəzifə və Dövlət Statistika Komitəsi tərəfindən 122 vakant vəzifə müsabiqəyə təqdim edilib”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub