Türkiyənin Dənizli şəhərində iki nəfərin itkin düşməsi ilə bağlı aparılan istintaq işi böyük bir cinayətin üstünün açılmasına səbəb olub.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 18-dən itkin düşən iki dost - Murat Uğur Pınarbaşı və Soner Kızılırmakdan xəbər yoxdur. Polisin apardığı araşdırma nəticəsində hər iki şəxsin qaçırılmasında azərbaycanlı F.B.-nin əli olduğu bildirilib.
Belə ki, F.B. adlı Azərbaycan vətəndaşı həyat yoldaşının ona 8 kişi ilə xəyanət etdiyini eşidib. O bu xəbərdən "ölüm siyahısı" hazırlayıb. Arvadının münasibətdə olduğu şəxslərin siyahısını hazırlayan şəxs onları bir-bir qaçırtmağa çalışıb. O öz planına ilk növbədə məhz bu iki şəxsdən başlayıb.
Murat Uğur Pınarbaşı və Soner Kızılırmakın ailələri də qatıldıqları televiziya proqramında F.B-nin arvadı ilə gəzən hər kəsi öldürəcəyini deyiblər. Onlar övladlarının F.B tərəfindən öldürüldüyünü bildiriblər.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub