Məhərrəmlik mərasimlərindən sayılan "Ərbəin günü" (İmam Hüseynin şəhadətinin qırxıncı günü) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə uyğun olaraq, noyabrın 9-na təsadüf edib.
Mynews.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov bildirib ki, bu günlə bağlı Bakı şəhərində və respublikanın bölgələrində məscidlərdə mərasimlər təşkil olunub, əzadarlıq məclisləri keçirilib.
Onun sözlərinə görə, DQİDK respublika üzrə apardığı monitorinqlər zamanı "Ərbəin günü" mərasimləri ilə bağlı qanunvericiliyin pozulması halı müşahidə edilməyib, tədbirlər normal şəkildə icra olunub:
"Ümumiyyətlə, cari ildə Məhərrəmlik mərasimləri müvafiq qanunlar çərçivəsində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fətvada irəli sürülmüş şəriət qaydaları əsasında keçirilib. DQİDK tərəfindən Məhərrəmlik mərasimləri ilə bağlı hazırlanan Tədbirlər Planına uyğun olaraq, cari ildə Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər görülüb".
S.Heydərov vurğulayıb ki, "Tasua" və "Aşura" günü məscidlərdə xüsusi monitorinqlər təşkil olunub, Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları respublika üzrə məscid və ziyarətgahlarda keçirilmiş mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparıblar:
"Aparılmış monitorinqlər, daxil olmuş məlumatların ümumi təhlilinə əsasən qeyd edə bilərik ki, bu il Məhərrəmlik mərasimləri ümumilikdə sabit keçib, ciddi pozuntuya yol verilməyib. Bəzi yerlərdə qeydə alınan kiçik neqativ hallar mərasimlərin ümumi gedişatına təsir göstərməyib. Qısa müddətdə onların aradan qaldırılması istiqamətində tədbirlər görülüb".
Sədr müavini qeyd edib ki, cari ildə az da olsa fərdi şəxslər tərəfindən xurafat və mövhumat elementlərini özündə ehtiva edən zəncirvurma, qançıxarma halları müşahidə olunub, həmin şəxslərlə bu istiqamətdə tövsiyə xarakterli profilaktik söhbətlər aparılıb: "Ümumiyyətlə, Məhərrəmlik mərasimləri qanunvericiliyə uyğun olaraq, ibadətgahlarda (məscid və ziyarətgahlarda) və onlara məxsus ərazilərdə təşkil olunub, kənar yerlərdə kütləvi mərasimlərin keçirilməsi müşahidə edilməyib".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub