Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayır.
Mynews.AZ-ın xəbərinə görə, 2017/2018-ci dərs ilində məktəblilərin payız tətili noyabrın 16-da başlayacaq və noyabrın 20-də başa çatacaq.
Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə noyabrın 21-də başlayacaq.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub