Rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” (“The Salty Sea Dog”) adlı qısametrajlı bədii filmi V Beynəlxalq Boğaziçi Film Festivalında nümayiş olunacaq. Festival noyabrın 17-dən 26-dək İstanbulda keçiriləcək.
Mynews.az azertac-a istinadla xəbər verir ki, “Dəniz suyu içən it” qısametrajlı bədii filmi noyabrın 20-də festivalın müsabiqədənkənar “Yaxın coğrafiya qısametrajlı filmləri” bölməsində nümayiş olunacaq.
“Nərimanfilm” kinokompaniyasının bazası əsasında ekranlaşdırılan filmin süjet xətti qadın həyatında xəyanət və ağrı üzərində qurulub.
Ssenari müəllifi Lalə Əliyeva (Klıçkova) olan filmdə əsas rollara aktyorlar Azər Aydəmir və Natəvan Hacıyeva çəkilib. Ekran əsərinin quruluşçu operatoru Kirill Gerra, prodüseri Nəriman Məmmədov, icraçı prodüserləri Emin Quliyev, Lala Əliyeva (Klıçkova), istehsalat müdiri isə Rüstəm Şəfiyevdir.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi, Gənclik və İdman Nazirliyi, İstanbul Böyükşəhər Bələdiyyəsi, Anadolu Agentliyi, TRT və Türk Hava Yollarının dəstəyi ilə baş tutacaq V Beynəlxalq Boğaziçi Film Festivalında 39 ölkədən 107 film nümayiş olunacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub