Millət vəkili Aytən Mustafayeva əlillərin müavinətlərinin artırılması ilə bağlı çıxış edib.
Mynews.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, millət vəkili komitə iclasında qeyd edib ki, əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır: “Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal-kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz?
Ələ baxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün binada pilləkən yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deputatın iradına belə cavab verib: "Prosesə elə Milli Məclisin özündən başlamaq lazımdır. Bizim nazirliyin binasında panduslar qoyulub. Bütün orqanlara məktub göndərdik ki əlillərin sərbəst daxil olub-çıxması üçün yeni tikililərdə şərait yaradılsın. Bunun üçün “Əlillərinin sosial müdafiəsi haqqında” qanun yenidən işlənilib və hökumətə göndərilib. Yəqin ki, məsələyə bu yaxınlarda baxılacaq”
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub