Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Mynews.az-ın məlumatına görə, dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində "Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri” sözləri "Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri” sözləri ilə əvəz edilib; "Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra "Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri əlavə edilib.
Xarici İşlər Nazirliyinə sərəncamda edilən dəyişikliklər barədə Polşa tərəfinə bildiriş göndərmək tapşırılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub