Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, rayonun Rəşid İsmayılov küçəsində dairəvi hərəkət zolağına daxil olan 1983-cü il təvəllüdlü Yolçuyev Eynur Canpolad oğlunun idarə etdiyi “Kamaz” markalı ağırtonnajlı yük avtomobili aşıb.
Nəticədə maşının yük bortunda olan beton pilətələr yola tökülüb. Nəticədə Rəfael Allahverənova məxsus “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib. Yük avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralı bildirib ki, hadisə onun avtomobilinin nasaz olması səbəbindən baş verib. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Binəqədi Rayon Yol polis şöbəsinin əməkdaşları hadisənin dəqiq başvermə səbəblərini araşdırır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub