Zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlanıb.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayev Report-un Qarabağ bürosuna bildirib ki, zəlzələ nəticəsində Bərdə rayonu ərazisində 150-ə yaxın evə ziyan dəyib: "Daha çox məcburi köçkünlərin məskunlaşdığı rayonun Meşəçilik massivində yaşayış evlərinə ziyan dəyib. Həmin massivin ərazisində bir ev tamamilə dağılıb".
Ağdam RİH-in başçısı Raqub Məmmədov Report-un yerli bürosuna bildirib ki, rayon ərazisində 5.7 bal gücündə zəlzələ qeydə alınıb: "Baş verən zəlzələ nəticəsində rayon ərazisində 127 evə, 1 məktəb binasına ziyan dəyib. Bundan başqa, rayonun Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağlıb".
Tərtər RİH-in başçısı Müstəqim Məmmədov Report-un yerli bürosuna bildirib ki, baş verən zəlzələ daha çox rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə ziyan vurub: "Belə ki, rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə tamamilə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və həmin zaman tövlədə heyvanları yemləyən kənd sakini dağıntıların altında qalaraq xəsarət alıb".
Qeyd edək ki, baş verən təbii fəlakətlə bağlı hər üç rayonda ziyanların hesablanması üçün araşdırmalara başlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub