"Bakıda yerləşən ümumi təhsil məktəbləri üzrə qış mövsümünə hazırlıq işləri başa çatıb".
Mynews.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
"2017-2018-ci tədris ilində payız-qış mövsümünə hazırlığın yoxlanılması məqsədilə monitorinqlər aparılıb və aşkarlanan müvafiq problemlər aradan qaldırılıb", - idarənin cavabında bildirilib.
Qeyd olunub ki, qazanxanalar, istilik boruları və radiatorlar yoxlamadan keçirilib, məktəblərdə müvafiq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ocaqçılar da təlimlərə cəlb edilib.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 138-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 169-u fərdi qazanxana vasitəsilə, 3-ü isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir", - idarədən qeyd olunub.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsi hər il müvafiq olaraq noyabrın 15-i başlayır və aprelin 15-dək davam edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub