Bakı şəhərində pişik polisi və xilasediciləri ayağa qaldırıb.
Mynews.az-ın məlumatına görə, paytaxtın Nərimanov rayonunda yerləşən sahibsiz evlərin birində pişik evdə qalıb.
Pişiyi xilas etmək üçün sakinlər “102” saylı qaynar telefon xəttinə müraciət ediblər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə pişiyi xilas ediblər.
“Günlərdir qonşuluğumuzda 3 mərtəbədə sahibləri olmayan evdə pişik qalmışdı. Heyvan günlərdir "ağlayırmış". Bununla əlaqədar qonşulardan biri polis əməkdaşlarına xəbər verib. Pişiyi xilas etmək üçün əraziyə Nərimanov polis işçiləri, təcili tibbi yardım xidməti və FHN əməkdaşları cəlb olunublar. Onlar pişiyi xilas ediblər. Bir canlıya bu qədər dəyər verən vətəndaşlara minnətdarlığımı bildirirəm”, - deyə sosial şəbəkə istifadəçiləri qeyd ediblər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub