Ötən günlərdə İstanbulun Bahçelievler bölgəsində yerləşən AVM-də cinayətkar dəstəyə qarşı aparılan əməliyyatın daha bir pərdəarxası ortaya çıxıb.Yenicag.az xəbər verir ki, əməliyyat nəticəsində saxlanılanlar arasında ötən il İstanbulda qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də olub.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Namiq Canıyev “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovdan qardaşının qisasını almaq üçün mütəşəkkil cinayətkarlıq dəstəsi “Şirinlər”lə 5 milyon dollar qarşılığında anlaşıb.
Lakin, qardaş ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları sui-qəsddən xəbər tutaraq Namiq Canıyev, Orxan İsmayılov və Camal Tohidovu kimi azərbaycanlılar da daxil olmaqla, “Şirinlər”in başçısını və dəstə üzvlərini saxlayıb.
İndi isə həmin görüşlə bağlı kamera görüntüləri ortaya çıxıb. Məlum olub ki, həmin şəxslər anlaşmaq üçün “Ömür” ticarət məkərinə daxil olarkən göz görə-görə yoxlanmadan keçməyiblər. Az sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar qrupa qarşı əməliyyat keçirərək həmin şəxsləri saxlamağa müvəffəq olublar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub