Zəlzələ rayonlarımızda fəsadlar yaradıb.
Ağdam rayonunun Üçoğlan kənd sakini Zəhra Səfərovaya məxsus fərdi yaşayış evi uçub.
Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Allahverən Əliyev “Report”a bildirib ki, baş verən təbii fəlakət zamanı dəyən ziyanla bağlı hesablamalara başlanılıb: “Biz Nazirlər Kabineti Və Fövqəladə Hallar Nazirliyi qarşısında məsələ qaldırmışıq. Ümumi baxış yekunlaşandan sonra aidiyyəti üzrə yardım olunacaq”.
Şəki rayon Göybulaq kəndində də fəsadlar meydana gəlib. Zəlzələ zamanı evlərdən birində çatlar yaranıb.
Həmin ev 1961-ci il təvəllüdlü Vəlyəddin Əliyevə məxsusdur.
İkiotaqli evin hər iki otağı qəzalı vəziyyətə düşüb.
Ailə 4 nəfərdən ibarətdir və hazırda həmin evdə yaşayır.









1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub