Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli barədə məlumat verilsə də, detallar hələlik açıqlanmır.
Mynews.az Xəzər Tv-yə istinadən məlumatına görə, mövzu ilə bağlı açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, hazırda yeni modelin üzərində iş aparılır. DİM-də fənn seminarları keçirilir ki, burada 2019-cu ildə tətbiqi nəzərdə tutulan yeniliklər müzakirə olunur.
Seminarlar açıq keçirilir. Yəni, istənilən şəxs qeydiyyatdan keçməklə yeni modelin müzakirələrində iştirak edə bilər.
2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Bu zaman 700 ballıq sistem saxlanılacaq.
2019-cu ildən 11 illik orta təhsil səviyyəsi üzrə yekun buraxılış imtahanları bir mərhələdə - tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri kurikulum əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək. Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər bu fənlərdən imtahan verəcəklər.
1
Novruzun ilk çərşənbəsinin tarixi
1154 dəfə oxunub
2
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1154 dəfə oxunub
3
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1135 dəfə oxunub
4
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu
1108 dəfə oxunub
5
Sabah su kəsiləcək - Bu ərazilərdə
1099 dəfə oxunub