Bakı və Abşeron yarımadasında noyabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyini gündüz cənub-şərq küləyi əvəz edəcək.
ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-12° isti, gündüz 14-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub