Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşları üçün yaşayış kompleksinin salınması üçün uğurlu addımlar atılır.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanovtəşkilatın VII qurultayında çıxışı zamanı deyib.
H.Qurbanov bildirib ki, son 5 ildə AMEA-ya məxsus olan, amma etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər geri alınıb.
O əlavə edib ki, son illərdə AMEA əməkdaşlarını ucuz qiymətə kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışırlar. Bu prosesin getdikcə genişləndiriləcəyini deyən H.Qurbanov qeyd edib ki, Akademiya şəhərciyində bu məhsulların satışını təşkil etmək üçün mağaza açılması zərurəti yaranıb: "Ümid edirəm ki, yaxın zamanlarda AMEA-nın İşlər İdarəsi ilə bu məsələni həll edəcəyik. Eyni zamanda, Akademiya əməkdaşları üçün poliklinikanın yaradılması məsələsi də öz həllini tapacaq".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub