Yol polisləri döyülənləri xilas edərək polis bölməsinə təhvil veriblər.
Mynews.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakıda yol polisi əməkdaşları iki gənci ölümdən qurtarıb. Şahidlər bildiriblər ki, noyabrın 14-də, axşam saatlarında Nəsimi rayonu ərazisində yol kənarında bir qrup gənc arasında əlbəyaxa dava baş verib. Təxminən 15 nəfər gənc iki nəfəri kafedən bayıra çıxararaq yol kənarında döyməyə başlayıblar. Bu zaman yoldan keçən DYP-nin YPX Alayının 11-ci taqımının əməkdaşları 99 YP 468 nömrəli patrul avtomobilini saxlayaraq davanı sakitləşdirməyə başlayıblar. Polis əməkdaşlarından biri Elnur Həsənov olub. O, həmkarı ilə birlikdə davanı sakitləşdirərkən bir qrup şəxsin iki nəfəri amansızcasına döydüyünü görüblər.
Yol polisləri dərhal həmin 2 nəfəri azğınlaşmış gənclərin əlindən alaraq YPX avtomobilinin yanına gətiriblər. Təqdim olunan videodan da göründüyü kimi, yol polisləri iki nəfəri maşının yanında qorusa da, kənardan onlara hücum edib əl-qol atanlar da olub. İki nəfəri döyün 15 nəfərdən biri hətta polislərin yanından döyülən gənclərin birinin qoluna bıçaqla xəsarət yetirib. Polislər dərhal həmin şəxsi tutaraq bıçağı onun əlindən alıblar.
Az sonra DYP əməkdaşlarının dəvəti ilə əraziyə Post-Patrul Xidmətinin əməkdaşları gəlib. Yol polisləri saxlanılan şəxsləri, eləcə də, döyülən iki nəfəri, habelə bıçağı onlara təhvil verəndən sonra ərazidən uzaqlaşıblar və xidmətə davam ediblər.
Davanın söyüş üstündə baş verdiyi bildirilir. Həmin iki nəfər kafedə söyüş söydüyü üçün bir qrup şəxs onları bayıra çıxaraq döyüb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub