“Zığ qəsəbəsində 43 saylı binanın qarşısında qrunt sularının ərazidən uzaqlaşdırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər görülüb. 43 saylı bina boyunca xəndək qazılıb. Qazıntı aparılan zaman texnogen amillərin təsirindən xəndəyin divarı uçub”.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Dəstə rəisinin sözlərinə görə, yamacboyu yuxarı hissələrdən gələn qrunt suları 43 saylı binanın zirzəmisindən, binanın həyətindən çıxır, bu da bina üçün problemlər yaradır. Həmin xəndək də drenaj şəbəkəsinin yaradılması üçün qazılıb.
R. Həsənov qeyd edib ki, ümumilikdə həm texnogen, həm də təbii amillərin təsirindən Zığ sürüşmə sahəsində aktivlik müşahidə edilir:
“Sürüşmə hazırda aktiv fazadadır. Binanın zirzəmisinin, habelə binanın ön tərəfindən və istinad divarının aşağısından qrunt sularının yer səthinə çıxışı izlənilir”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub