“Zığ qəsəbəsində 43 saylı binanın qarşısında qrunt sularının ərazidən uzaqlaşdırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər görülüb. 43 saylı bina boyunca xəndək qazılıb. Qazıntı aparılan zaman texnogen amillərin təsirindən xəndəyin divarı uçub”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Dəstə rəisinin sözlərinə görə, yamacboyu yuxarı hissələrdən gələn qrunt suları 43 saylı binanın zirzəmisindən, binanın həyətindən çıxır, bu da bina üçün problemlər yaradır. Həmin xəndək də drenaj şəbəkəsinin yaradılması üçün qazılıb.
R. Həsənov qeyd edib ki, ümumilikdə həm texnogen, həm də təbii amillərin təsirindən Zığ sürüşmə sahəsində aktivlik müşahidə edilir: “Sürüşmə hazırda aktiv fazadadır. Binanın zirzəmisinin, habelə binanın ön tərəfindən və istinad divarının aşağısından qrunt sularının yer səthinə çıxışı izlənilir”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub